Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2014-cü ilin yanvar-aprel aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 11,9 faiz artaraq 1308,5 milyon manat olmuşdur. Xidmətlərin 74,1 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 969,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 17,2 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,1 faizini təşkil edərək 339,0 milyon manat olmuşdur. İaşə müəssisələrinin dövriyyəsi 2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 21,9 faiz artaraq 162,6 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 56,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 43,7 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 17,5 faiz artaraq 91,5 milyon manat olmuşdur.