Sənayenin inkişafı haqqında
03.07.2014 00:00
2014-cü ilin yanvar-may aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 12,4 milyard manat təşkil etmişdir.
Sənaye məhsulunun 82,6 faizi mədənçıxarma, 13,1 faizi emal, 3,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ãœmumi istehsalın 91,6 faizi sənaye mallarının istehsalı, 8,4 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 10,0 milyard manatlıq və ya ümumi istehsalın 80,6 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 2,4 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Cari ilin yanvar-may aylarında istehlakçılara 12312,3 milyon manatlıq və ya bütün sənaye istehsalının 99,7 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2014-cü ilin iyun ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 271,8 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 14,9 milyon manat məbləğində digər mallar da olmuşdur.