Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2014-cü ilin yanvar-may aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 5,8 faiz artaraq 1501,1 milyon manat olmuşdur. Xidmətlərin 67,8 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1017,4 milyon manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 483,8 milyon manat olmuşdur. İaşə müəssisələrinin dövriyyəsi 2013-cü ilin yanvar-may ayları ilə müqayisədə 14,5 faiz artaraq 191,9 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 36,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 63,6 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 69,9 milyon manat olmuşdur.