Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
03.07.2014 00:00
2014-cü ilin yanvar-aprel aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 54,7 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 min nəfər və ya 4,0 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 3,3 faiz artaraq 622,2 manat təşkil etmişdir
2014-cü ilin yanvar-aprel aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,6 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 905,6 manat təşkil etmişdir.
Cari ilin yanvar-aprel aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 682,1 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 4,6 faiz artaraq 1166,4 manat təşkil etmişdir.