Sənayenin inkişafı haqqında
25.10.2010 00:00
2010-cu ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 18451,5 milyon manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Ãœmumi istehsalın 93,6 faizi sənaye mallarının istehsalı, 6,4 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaranmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 15228,2 milyon manatlıq və ya ümumi istehsalın 82,5 faizi, dövlət müəssisələri tərəfindən isə 3223,3 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Yanvar-sentyabr aylarında istehlakçılara 18495,4 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,2 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2010-cu il oktyabr ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 169,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Bundan başqa həmin tarixə anbarlarda sənaye müəssisələri tərəfindən alınmış və satış üçün nəzərdə tutulmuş 10,0 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.