Tikintinin əsas göstəriciləri
06.08.2014 00:00
2014-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 114,3 min kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir.
2014-cü ilin yanvar-iyun aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4048,8 milyon manat vəsait yönəldilmiş, onun 52,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 34,8 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 78,4 faiz artmışdır. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 1439,3 milyon manat, qeyri-dövlət müəssisələri isə 2609,5 milyon manat vəsait sərf etmişlər. Əsas kapitala yönəldilmiş xarici investisiyanın istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 53,5 faiz və ya 2166,8 milyon manat, daxili investisiyanın xüsusi çəkisi isə 46,5 faiz və ya 1882,0 milyon manat təşkil etmişdir.
2014-cü ilin yanvar-iyun aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 2984,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artmışdır.
Podratçı təşkilatların gördükləri işlər - yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 2026,1 milyon manat (müvafiq olaraq 5,6 faiz), əsaslı təmir 408,6 milyon manat (4,3 faiz), cari təmir 114,0 milyon manat (3,0 dəfə), sair işlər 435,8 milyon manat (4,8 faiz) artmışdır.