Əmtəə bazarı haqqında
06.08.2014 00:00
2014-cü ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artaraq 4544,8 milyon manat olmuşdur. Cari ilin əvvəlindən ticarət şəbəkəsində satılmış qida məhsulları, içkilər və tütün məmulatlarının həcmi 8,0 faiz artaraq 1974,1 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 8,9 faiz artaraq 2570,7 milyon manata bərabər olmuşdur.
2013-cü ilin eyni dövrü ilə müqayisədə qeyri-ərzaq mallarının payı 56,0 faizdən 56,6 faizədək yüksəlmiş, pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 56,6 faizi qeyri-ərzaq mallarının satışı sayəsində yaranmışdır. İstehlak mallarının 15,2 faizi hüquqi şəxslərin, 44,0 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 40,8 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.