Pullu xidmətlər haqqında
06.08.2014 00:00
2014-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 6,7 faiz artaraq 1865,1 milyon manat olmuşdur. Xidmətlərin 66,8 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1246,2 milyon manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 618,9 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 19,2 faiz artaraq 263,3 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 33,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 66,3 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 88,7 milyon manat olmuşdur.