Sənayenin inkişafı haqqında
28.08.2014 00:00
2014-cü ilin yanvar-iyul aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 17,4 milyard manat təşkil etmişdir.
Sənaye məhsulunun 81,6 faizi mədənçıxarma, 14,2 faizi emal, 3,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ãœmumi istehsalın 91,4 faizi sənaye mallarının istehsalı, 8,6 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 14,2 milyard manatlıq və ya ümumi istehsalın 81,6 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 3,2 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Cari ilin yanvar-iyul aylarında istehlakçılara 17427,9 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,2 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2014-cü ilin avqust ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 237,9 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 14,6 milyon manat məbləğində digər mallar da olmuşdur.