Əmtəə bazarı haqqında
28.08.2014 00:00
2014-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 6018,8 milyon manat olmuşdur. Cari ilin əvvəlindən ticarət şəbəkəsində satılmış qida məhsulları, içkilər və tütün məmulatlarının həcmi 15,0 faiz artaraq 2837,1 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 0,4 faiz azalaraq 3181,7 milyon manata bərabər olmuşdur. 2013-cü ilin eyni dövrü ilə müqayisədə ərzaq mallarının payı 44,2 faizdən 47,1 faizədək yüksəlmiş, pərakəndə ticarət dövriyyəsi üzrə real artım ərzaq mallarının satışı sayəsində yaranmışdır. İstehlak mallarının 16,0 faizi hüquqi şəxslərin, 43,6 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 40,4 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.