Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2014-cü ilin yanvar-iyul aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 8,5 faiz artaraq 2179120,1 min manat olmuşdur. Xidmətlərin 66,9 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1457056,4 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 722063,7 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 29,6 faiz artaraq 307575,2 min manata çatmışdır. İaşə dövriyyəsi həcminin 33,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 66,2 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 103870,1 min manat olmuşdur.