Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2014-cü ilin yanvar-iyul aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 55,0 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 min nəfər və ya 4,0 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 4,1 faiz artaraq 635,3 manat təşkil etmişdir. 2014-cü ilin yanvar-iyul aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,7 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artaraq 883,9 manat təşkil etmişdir. Cari ilin yanvar-iyul aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 701,7 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 1,9 faiz artaraq 1092,1 manat təşkil etmişdir.