Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2014-cü ilin yanvar-sentyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 22,1 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 80,9 faizi mədənçıxarma, 14,9 faizi emal, 3,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ãœmumi istehsalın 91,1 faizi sənaye mallarının istehsalı, 8,9 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 18,0 milyard manatlıq və ya ümumi istehsalın 81,6 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 4,1 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Cari ilin yanvar-sentyabr aylarında istehlakçılara 22126,8 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,2 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2014-cü ilin oktyabr ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 267,5 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 11,3 milyon manat məbləğində digər mallar da olmuşdur.