Tikintinin əsas göstəriciləri
03.11.2014 00:00
2014-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində "Norm" sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 205,5 min kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2014-cü ilin yanvar-sentyabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6067,0 milyon manat vəsait yönəldilmiş, onun 59,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 24,2 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 74,7 faiz artmışdır.
2014-cü ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş podrat işlərinin həcmi 4839,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artmışdır.