Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2014-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 7981,8 milyon manat olmuşdur. Cari ilin əvvəlindən ticarət şəbəkəsində satılmış qida məhsulları, içkilər və tütün məmulatlarının həcmi 19,2 faiz artaraq 3664,3 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 5,8 faiz artaraq 4317,5 milyon manata bərabər olmuşdur. 2013-cü ilin eyni dövrü ilə müqayisədə ərzaq mallarının payı 43,6 faizdən 45,9 faizədək yüksəlmiş, pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 72,0 faizi ərzaq mallarının satışı sayəsində yaranmışdır. İstehlak mallarının 16,3 faizi hüquqi şəxslərin, 44,1 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 39,6 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.