Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2010-cu ilin yanvar-aprel aylarında Bakı şəhərində "Dalğa Plaza" İş Mərkəzi istifadəyə verilmişdir. 2010-cu ilin yanvar-aprel aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 107649 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2010-cu ilin yanvar-aprel aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 788,4 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artmışdır. İstehsal təyinatlı obyektlərin inşasında 723,5 milyon manatlıq (91,8 faiz), qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 64,9 milyon manatlıq (8,2 faiz) investisiyadan istifadə edilmişdir. 2010-cu ilin yanvar-aprel aylarında 243,9 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,9 faiz artmışdır. 2010-cu ilin yanvar-aprel aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 636,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,7 faiz artmışdir.