Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2014-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 5,1 faiz artaraq 2941097,9 min manat olmuşdur. Xidmətlərin 65,6 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1930135,9 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 1010962 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 21,0 faiz artaraq 407837,5 min manata çatmışdır. İaşə dövriyyəsi həcminin 34,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 65,7 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 139950,6 min manat olmuşdur.