Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
03.11.2014 00:00
2014-cü ilin yanvar-avqust aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 54,4 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 min nəfər və ya 2,7 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 2,8 faiz artaraq 631,0 manat təşkil etmişdir.
2014-cü ilin yanvar-avqust aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,7 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,0 faiz artaraq 876,8 manat təşkil etmişdir.
Cari ilin yanvar-avqust aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 696,0 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 1,9 faiz artaraq 1081,9 manat təşkil etmişdir.