2014-cü ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında
03.11.2014 00:00
2014-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində 7360 nömrəsi (otağı) olan 127 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərmişdir. 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu tip müəssisələrin sayı 4 vahid, nömrələrin sayı isə 1031 vahid artmışdır. 2014-cü ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrdə birdəfəlik tutum 11807 yer olmuşdur. Mehmanxana və mehmanxana tipli müəssisələrin 85,0 faizi xüsusi, 9,5 faizi xarici, 1,6 faizi dövlət, 3,9 faizi birgə (xarici qarışıq) mülkiyyət növünə məxsus olmuşdur.
2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2014-cü ilin yanvar-iyun aylarında Bakı şəhəri üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 67759,2 min manat olmuşdur. Gəlirlərin 68,1 faizi (46116,8 min manat) nömrələrin satışından, 20,8 faizi (14094,7 min manat) içkilər də daxil edilməklə qida məhsullarının satışından, 0,8 faizi (537,2 min manat) müalicə-sağlamlıq xarakterli xidmətlərdən, 10,3 faizi (7010,5 min manat) isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
Gəlirlərin 10,3 faizini xarici, 72,1 faizini xüsusi, 17,6 faizini birgə (xarici qarışıq) mülkiyyətinə məxsus mehmanxana və mehmanxana tipli müəssisələr tərəfindən əldə edilmişdir.
2014-cü ilin yanvar-iyun aylarında şəhərin mehmanxana və mehmanxana tipli müəssisələrində 214,3 min nəfər yerləşdirilmişdir. Həmin şəxslərin 72,3 faizi xüsusi, 10,9 faizi xarici, 16,8 faizi birgə (xarici qarışıq) mülkiyyətə məxsus müəssisələrdə yerləşdirilmişdir. Yerləşdirilmiş şəxslərin 25,0 faizini Azərbaycan, 75,0 faizini isə xarici ölkələrin vətəndaşları təşkil etmişdir. Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş turistlərin 75,7 faizi turizm, 24,3 faizi digər məqsədlərlə gəlmişlər. Turizm məqsədi ilə gələnlərdən 59,9 faizi işgüzar, 30,3 faizi istirahət və əyləncə, 4,9 faizi müalicə, 4,9 faizi isə digər turizm məqsədilə səfər etmişdir.
Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş vətəndaşların 85,4 faizi qaldıqları yerdə 1-3 gün, 13,7 faizi 4-7 gün, 0,6 faizi 8-28 gün, 0,3 faizi isə bir ay və daha çox müddət gecələmişlər.
2014-cü ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərin orta siyahı sayı 5209 nəfər, onların əmək haqqı fondu isə 19067,8 min manat olmuşdur.