Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2014-cü ilin yanvar-oktyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 24,3 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 80,5 faizi mədənçıxarma, 15,2 faizi emal, 3,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ãœmumi istehsalın 90,9 faizi sənaye mallarının istehsalı, 9,1 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 19,8 milyard manatlıq və ya ümumi istehsalın 81,5 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 4,5 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Cari ilin yanvar-oktyabr aylarında istehlakçılara 24378,7 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,4 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2014-cü ilin noyabr ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 225,7 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 10,6 milyon manat məbləğində digər mallar da olmuşdur.