Pullu xidmətlər haqqında
28.11.2014 00:00
2014-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 7,9 faiz artaraq 3268714,8 min manat olmuşdur. Xidmətlərin 65,6 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 2145423,7 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 1123291,1 milyon manat olmuşdur.