Sənayenin inkişafı haqqında
26.12.2014 00:00
2014-cü ilin yanvar-noyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 25,9 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 79,9 faizi mədənçıxarma, 15,7 faizi emal, 3,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ãœmumi istehsalın 90,5 faizi sənaye mallarının istehsalı, 9,5 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 21,0 milyard manatlıq və ya ümumi istehsalın 81,1 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 4,9 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Cari ilin yanvar-noyabr aylarında istehlakçılara 26075,2 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,5 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2014-cü ilin dekabr ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 220,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 8,5 milyon manat məbləğində digər mallar da olmuşdur.