Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2014-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artaraq 9895,0 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış qida məhsulları, içkilər və tütün məmulatlarının həcmi 2013-cü ilin on bir ayı ilə müqayisədə 19,0 faiz artaraq 4615,5 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 4,6 faiz artaraq 5279,5 milyon manata çatmış, pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 76,4 faizi ərzaq mallarının satışı hesabına təmin edilmişdir. İstehlak mallarının 16,8 faizi hüquqi şəxslərin, 44,6 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 38,6 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.