Skip to content Skip to main navigation Skip to footer

İctimai iaşə







2014-cü ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 31,7 faiz artaraq 497361,1 min manat təşkil etmişdir. Dövriyyənin 34,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 65,2 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 9,6 faiz artaraq 173083,5 min manata çatmışdır.