Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2014-cü ilin yanvar-oktyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 53,4 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 104 nəfər və ya 0,2 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 1,7 faiz artaraq 628,0 manat təşkil etmişdir. 2014-cü ilin yanvar-oktyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,8 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 896,9 manat təşkil etmişdir. Cari ilin yanvar-oktyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 691,9 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 5,3 faiz artaraq 1125,1 manat təşkil etmişdir.