Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2014-cü ilin yanvar-dekabr aylarında Bakı şəhərində "Norm" sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Asfalt zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni Aerovağzal Kompleksi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, bütün maliyyə mənbələri hesabına 3260,1 milyon manat əsas fondlar, ümumi sahəsi 280,5 min kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2014-cü ilin yanvar-dekabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9549,2 milyon manat vəsait yönəldilmiş, onun 62,4 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 33,2 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 89,8 faiz artmışdır.