Tikintinin əsas göstəriciləri
25.11.2010 00:00
2010-cu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində Qranit-Mərmər zavodu, "Dalğa Plaza" İş,"Park Bulvar" Ticarət, İstirahət və Sərgi Mərkəzləri istifadəyə verilmişdir.
2010-cu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 380337 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir.
2010-cu ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2620,3 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 39,0 faiz artmışdır.
2010-cu ilin yanvar-oktyabr aylarında 894,0 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 76,3 faiz artmışdır.
2010-cu ilin yanvar-oktyabr aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 2350,1 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 50,9 faiz artmışdır.