Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2014-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq 11662,3 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış qida məhsulları, içkilər və tütün məmulatlarının həcmi 2013-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə 14,9 faiz artaraq 5462,3 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 9,4 faiz artaraq 6200,0 milyon manata çatmış, pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 57,3 faizi ərzaq mallarının satışı hesabına təmin edilmişdir. İstehlak mallarının 15,8 faizi hüquqi şəxslərin, 46,4 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 37,8 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.