Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2015-ci ilin yanvar ayında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 664,2 milyon manat vəsait yönəldilmiş, onun 73,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 10,3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 50,9 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 581,7 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 82,5 milyon manat vəsait yönəldilmiş, ümumi sərmayənin 33,6 faizi dövlət, 66,4 faizi isə qeyri dövlət müəssisələrinin payına düşmüşdür. Əsas kapitala yönəldilmiş xarici vəsaitin istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 63,7 faiz və ya 423,3 milyon manat, daxili vəsaitin xüsusi çəkisi isə 36,3 faiz və ya 240,9 milyon manat təşkil etmişdir. 2015-ci ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 319,2 milyon manat təşkil etmiş, ondan 67,8 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 8,2 faizi əsaslı təmir, 6,8 faizi cari təmir, 17,2 faizi isə sair tikinti işlərinə sərf edilmişdir. Ãœmumi inşaat işlərinin 88,2 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirmişlər.