Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2015-ci ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin eyni ayı ilə müqayisədə 10,6 faiz artaraq 957,0 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış qida məhsulları, içkilər və tütün məmulatlarının həcmi 2014-cü ilin yanvar ayı ilə müqayisədə 6,5 faiz artaraq 390,5 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 13,5 faiz artaraq 566,5 milyon manata çatmış, pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 73,8 faizi qeyri-ərzaq mallarının satışı hesabına təmin edilmişdir. İstehlak mallarının 15,4 faizi hüquqi şəxslərin, 41,0 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 43,6 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur. Cari ilin ilk ayında elektron ticarət dövriyyəsinin həcmi 819,0 min manat təşkil etmişdir ki, onun da 89,0 faizi pərakəndə, 11,0 faizi topdansatış elektron ticarət dövriyyəsinin payına düşmüşdür. Pərakəndə elektron ticarət üzrə malların satışının 98,1 faizi hüquqi, 1,9 faizi isə fiziki şəxslərin ticarət subyektləri tərəfindən həyata keçirilmişdir. 2015-ci ilin yanvar ayı ərzində ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 45,9 milyon manat olmuşdur. Dövriyyənin 36,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 63,6 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq 16,7 milyon manat təşkil etmişdir.