Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
04.03.2015 00:00
2014-cü ilin yanvar-dekabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 52,8 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 1,1 faiz artaraq 630,3 manat təşkil etmişdir.
2014-cü ilin yanvar-dekabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,8 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artaraq 894,8 manat təşkil etmişdir.
Cari ilin yanvar-dekabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 696,9 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 4,3 faiz artaraq 1110,5 manat təşkil etmişdir.