Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2015-ci ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,4 faiz artaraq 3044,6 milyon manat təşkil etmişdir. Sənaye məhsulunun 71,8 faizi mədənçıxarma, 20,0 faizi emal, 7,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ãœmumi istehsalın 83,7 faizi sənaye mallarının istehsalı, 16,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 2225,8 milyon manatlıq və ya ümumi istehsalın 73,1 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 818,8 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. İstehsal edilmiş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmiş, bununla yanaşı, mart ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 222,6 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 12,0 milyon manat məbləğində digər mallar da mövcud olmuşdur.