Tikintinin əsas göstəriciləri
02.04.2015 00:00
2015-ci ilin yanvar-fevral aylarında Bakı şəhərində 110 kilovoltluq "Ağ şəhər-1", "Həzi Aslanov", "Kürdəxanı" və 35 kilovoltluq 7 elektrik yarımstansiyası istifadəyə verilmişdir. 2015-ci ilin yanvar-fevral aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1532,9 milyon manat vəsait yönəldilmiş, onun 75,8 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 0,9 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 34,1 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına0 1212,9 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 320,0 milyon manat vəsait yönəldilmiş, ümumi sərmayənin 38,0 faizi dövlət, 62,0 faizi isə qeyri dövlət müəssisələrinin payına düşmüşdür. Əsas kapitala yönəldilmiş xarici vəsaitin istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 52,9 faiz və ya 811,0 milyon manat, daxili vəsaitin xüsusi çəkisi isə 47,1 faiz və ya 721,9 milyon manat təşkil etmişdir.
2015-ci ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 694,1 milyon manat təşkil etmiş, ondan 68,8 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 9,8 faizi əsaslı təmir, 5,6 faizi cari təmir, 15,8 faizi isə sair tikinti işlərinə sərf edilmişdir. Ãœmumi inşaat işlərinin 87,5 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirmişlər.