Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2015-ci ilin yanvar ayında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 49,2 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 2,1 faiz artaraq 636,5 manat təşkil etmişdir. 2015-ci ilin yanvar ayında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,9 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,3 faiz artaraq 897,2 manat təşkil etmişdir. Cari ilin yanvar ayında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 686,1 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 11,1 faiz artaraq 1113,5 manat təşkil etmişdir.