Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2015-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4,7 faiz artaraq 5 086,5 milyon manat təşkil etmişdir. Sənaye məhsulunun 73,6 faizi mədənçıxarma, 19,2 faizi emal, 6,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ãœmumi istehsalın 83,2 faizi sənaye mallarının istehsalı, 16,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 3814,2 milyon manatlıq və ya ümumi istehsalın 75,0 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 1 272,3 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
İstehsal edilmiş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmiş, bununla yanaşı, aprel ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 230,3 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 11,4 milyon manat məbləğində digər mallar da mövcud olmuşdur.