Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2015-ci ilin yanvar-mart aylarında Bakı şəhərində 110 kilovoltluq "Ağ şəhər-1", "Həzi Aslanov", "Kürdəxanı" və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Atıcılıq Mərkəzi istifadəyə verilmişdir. 2015-ci ilin yanvar-mart aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2548,9 milyon manat vəsait yönəldilmiş, onun 72,8 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 0,8 faiz azalmış, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 17,4 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 1985,9 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 563,0 milyon manat vəsait yönəldilmiş, ümumi sərmayənin 35,8 faizi dövlət, 64,2 faizi isə qeyri dövlət müəssisələrinin payına düşmüşdür. Əsas kapitala yönəldilmiş xarici vəsaitin istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 53,6 faiz və ya 1366,6 milyon manat, daxili vəsaitin xüsusi çəkisi isə 46,4 faiz və ya 1182,3 milyon manat təşkil etmişdir.
2015-ci ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 1098,4 milyon manat təşkil etmiş, ondan 66,8 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 10,3 faizi əsaslı təmir, 5,8 faizi cari təmir, 17,1 faizi isə sair tikinti işlərinə sərf edilmişdir. Ãœmumi inşaat işlərinin 86,8 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirmişlər.