İctimai iaşə
04.05.2015 00:00
2015-ci ilin yanvar-mart ayları ərzində ictimai iaşə dövriyyəsinin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz artaraq 150,4 milyon manat olmuşdur. Dövriyyənin 30,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 69,5 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq 45,9 milyon manat təşkil etmişdir.