Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2015-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində 110 kilovoltluq "Ağ şəhər-1", "Həzi Aslanov", "Kürdəxanı" və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Atıcılıq Mərkəzi, Bakı Konqres Mərkəzi istifadəyə verilmişdir. 2015-ci ilin yanvar-aprel aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3691,6 milyon manat vəsait yönəldilmiş, onun 74,1 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 1,9 faiz azalmış, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 10,0 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 2750,2 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 941,4 milyon manat vəsait yönəldilmiş, ümumi sərmayənin 38,5 faizi dövlət, 61,5 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. Əsas kapitala yönəldilmiş xarici vəsaitin istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 52,8 faiz və ya 1949,2 milyon manat, daxili vəsaitin xüsusi çəkisi isə 47,2 faiz və ya 1742,4 milyon manat təşkil etmişdir.
2015-ci ilin yanvar-aprel aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 1 419,1 milyon manat təşkil etmiş, ondan 70,9 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 11,4 faizi əsaslı təmir, 3,2 faizi cari təmir, 14,5 faizi isə sair tikinti işlərinə sərf edilmişdir. Ãœmumi inşaat işlərinin 84,2 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirmişlər.