Pullu xidmətlər haqqında
01.06.2015 00:00
2015-ci ilin yanvar-aprel aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 6,4 faiz artaraq 1412674,4 min manat olmuşdur. Xidmətlərin 65,7 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 927580,8 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 485093,6 milyon manat olmuşdur