Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2015-ci ilin yanvar-aprel aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 49,4 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 1,9 faiz artaraq 633,7 manat təşkil etmişdir.
2015-ci ilin yanvar-aprel aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,8 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 917,6 manat təşkil etmişdir.
Cari ilin yanvar-aprel aylarında rabitənin dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 695,9 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı 1159,8 manat təşkil etmişdir.