Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2015-ci ilin yanvar-may aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,4 faiz artaraq 9164,7 milyon manat təşkil etmişdir. Sənaye məhsulunun 74,0 faizi mədənçıxarma, 19,8 faizi emal, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ãœmumi istehsalın 84,9 faizi sənaye mallarının istehsalı, 15,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 7056,9 milyon manatlıq və ya ümumi istehsalın 77,0 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 2107,8 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir
İstehsal edilmiş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmiş, bununla yanaşı, iyun ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 275,9 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 11,8 milyon manat məbləğində digər mallar da mövcud olmuşdur.