Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2015-ci ilin yanvar-may aylarında Bakı şəhərində 110 kilovoltluq "Ağ şəhər-1", "Həzi Aslanov", "Kürdəxanı" və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, "Bulvar Hotel" oteli, "Dalğa Beach-Aqua Park" ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol istifadəyə verilmişdir. 2015-ci ilin yanvar-may aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5194,0 milyon manat vəsait yönəldilmiş, onun 71,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 6,4 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 16,4 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 3539,3 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 1654,7 milyon manat vəsait yönəldilmiş, ümumi sərmayənin 33,4 faizi dövlət, 66,6 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. Əsas kapitala yönəldilmiş xarici vəsaitin istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 48,7 faiz və ya 2527,4 milyon manat, daxili vəsaitin xüsusi çəkisi isə 51,3 faiz və ya 2666,6 milyon manat təşkil etmişdir.
2015-ci ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 1852,0 milyon manat təşkil etmiş, ondan 70,6 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 11,5 faizi əsaslı təmir, 3,7 faizi cari təmir, 14,2 faizi isə sair tikinti işlərinə sərf edilmişdir. Ãœmumi inşaat işlərinin 83,6 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirmişlər.