Əmtəə bazarı haqqında
30.06.2015 00:00
2015-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artaraq 5266,8 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış qida məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 2249,7 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 13,1 faiz artaraq 3017,1 milyon manata çatmış, pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 63,9 faizi qeyri-ərzaq mallarının satışı hesabına təmin edilmişdir. İstehlak mallarının 13,3 faizi hüquqi şəxslərin, 45,3 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 41,4 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.
Cari ilin yanvar-may aylarında elektron ticarət dövriyyəsinin həcmi 6320,5 min manat təşkil etmişdir ki, onun da 56,8 faizi (3593,0 min manat) pərakəndə, 43,2 faizi (2727,5 min manat) topdansatış elektron ticarət dövriyyəsinin payına düşmüşdür. Pərakəndə elektron ticarət üzrə malların satışının 97,5 faizi hüquqi, 2,5 faizi isə fiziki şəxslərin ticarət subyektləri tərəfindən həyata keçirilmişdir.