İctimai iaşə
30.06.2015 00:00
2015-ci ilin yanvar-may ayları ərzində ictimai iaşə dövriyyəsinin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 27,2 faiz artaraq 249,5 milyon manat olmuşdur. Dövriyyənin 38,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 61,6 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz artaraq 95,7 milyon manat təşkil etmişdir.