Pullu xidmətlər haqqında
30.06.2015 00:00
2015-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 8,3 faiz artaraq 1649213,1 min manat olmuşdur. Xidmətlərin 70,0 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1154696,1 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 494517 milyon manat olmuşdur.