Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2015-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına 853,5 min kvadrat metr yaşayış evləri, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 2918 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 110 kilovoltluq "Ağ şəhər-1", "Həzi Aslanov", "Kürdəxanı" və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, "Qafqaz Baku Sport Hotel" mehmanxana kompleksi, "Bulvar Hotel" oteli, "Dalğa Beach-Aqua Park" ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol istifadəyə verilmişdir.
2015-ci ilin yanvar-iyun aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6494,1 milyon manat vəsait yönəldilmiş, onun 71,3 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 10,0 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 26,0 faiz artmışdır.
Əsas kapitala yönəldilmiş xarici vəsaitin istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 48,9 faiz və ya 3177,7 milyon manat, daxili vəsaitin xüsusi çəkisi isə 51,1 faiz və ya 3316,4 milyon manat təşkil etmişdir.
2015-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 2203,7 milyon manat təşkil etmiş, ondan 70,1 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 11,3 faizi əsaslı təmir, 3,5 faizi cari təmir, 15,1 faizi isə sair tikinti işlərinə sərf edilmişdir. Ãœmumi inşaat işlərinin 83,6 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirmişlər.