Əmtəə bazarı haqqında
04.08.2015 00:00
2015-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz artaraq 6584,0 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış qida məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artaraq 2925,0 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 21,2 faiz artaraq 3659,0 milyon manata çatmış, pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 61,4 faizi qeyri-ərzaq mallarının satışı hesabına təmin edilmişdir. İstehlak mallarının 12,9 faizi hüquqi şəxslərin, 48,3 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 38,8 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.
Cari ilin yanvar-iyun aylarında elektron ticarət dövriyyəsinin həcmi 7933,0 min manat təşkil etmişdir ki, onun da 53,4 faizi (4232,7 min manat) pərakəndə, 46,6 faizi (3700,3 min manat) topdansatış elektron ticarət dövriyyəsinin payına düşmüşdür. Pərakəndə elektron ticarət üzrə malların satışının 94,5 faizi hüquqi, 5,5 faizi isə fiziki şəxslərin ticarət subyektləri tərəfindən həyata keçirilmişdir.