Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2015-ci ilin yanvar-iyul aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,8 faiz artaraq 13179,3 milyon manat təşkil etmişdir. Sənaye məhsulunun 75,1 faizi mədənçıxarma, 19,2 faizi emal, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ãœmumi istehsalın 84,5 faizi sənaye mallarının istehsalı, 15,5 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 10117,9 milyon manatlıq və ya ümumi istehsalın 76,8 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 3061,4 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. İstehsal edilmiş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmiş, bununla yanaşı, avqust ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 212,6 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 10,9 milyon manat məbləğində digər mallar da mövcud olmuşdur.