Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2015-ci ilin yanvar-avqust aylarında sənayedə istehsal olunmuş mallarının həcmi 1,2 faiz artaraq 14662,7 milyon manat təşkil etmişdir. Sənaye məhsulunun 74,6 faizi mədənçıxarma, 19,7 faizi emal, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Ümumi istehsalın 84,2 faizi sənaye məhsulunun istehsalı, 15,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 11282,0 milyon manatlıq və ya ümumi istehsalın 76,9 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 3380,7 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. İstehsal edilmiş sənaye məhsullarının böyük hissəsi istehlakçılara göndərilmiş, bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 190,9 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 10,6 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.