Pullu xidmətlər haqqında
01.10.2015 00:00
2015-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 6,4 faiz artaraq 2657114,4 min manat olmuşdur. Xidmətlərin 69,4 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1844634,6 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 812479,8 milyon manat olmuşdur.